“Messi Allahın möcüzəsidir...” - Arda Turan


“Barselona” forması ilə ikinci rəsmi oyununa çıxan türkiyəli futbolçu Ardan Turan komanda yoldaşı Lionel Messi haqqında müsbət fikirlər səsləndirib.

O, argentinalı hücumçunu möcüzə adlandırıb:

“Ayağıma top düşən kimi Messini görürəm. “Barselona”da hamı belədir. Mən Leo kimi birini görməmişəm. O, Allahın möcüzəsidir”.

Qeyd edək ki, Arda ötən gün İspaniya La Liqasının 18-ci turunda “Qranada” ilə oyunda məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsini Messi qolla tamalayıb.

(qol.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu