Məmmədyarov Karlsenlə bərabərliyə qaldı


Hollandiyanın Veyk-an-Zee şəhərində Tata Steel Masters şahmat turnirinin 4-cü turunun oyunları keçirilib.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu turda dünya çempionu norveçli Maqnus Karlsenlə qarşılaşıb.

Qara fiqurlarla oynayan qrossmeysterimiz turnirin reytinq lideri ilə görüşdən bərabərliklə ayrılıb.

4 turdan sonra Məmmədyarovun 1,5 xalı var. O, 14 iştirakçı arasında 12-ci yerdə qərarlaşıb. Turnir cədvəlinə 3 xalla amerikalı Fabiano Karuana başçılıq edir.

Turnir 13 turdan ibarətdir və yanvarın 31-də başa çatacaq.
(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu