"Qarabağ"ın Avroliqadakı çıxışına görə qazancı açıqlanıb


"Qarabağ" klubu Avropa kuboklarındakı çıxışı qarşılığında UEFA-nın ayırdığı vəsaitə qovuşub.


"Report"un məlumatına görə, 878.570 avro vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb.

Bu vəsaitin biri hissəsi – 529.000 avro Avropa Liqasının 2015/2016-cı il mövsümünün qrup mərhələsində 1 qələbə və 1 heç-heçəyə görə UEFA-nın ayırdığı bonus məbləğ, 349.570 avro isə "Maliyyə Fair Play"inə əsasən ayrılmış vəsaitdir.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində Belçika "Anderlext"ini Bakıda 1:0 hesabı ilə məğlub edib, Fransa "Monako"su ilə heç-heçə edib - 1:1.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu