​"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırıb


Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşıb.


"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Elvin Məmmədov bundan sonra "Qarabağ"da çıxış etməyəcək.
Ötən ilin yayında transfer olunan 28 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, "Qarabağ" buna qədər Vladimir Dmitrovski, Raydell Pupon, Çumbinyo ilə yollarını ayırıb və Eltun Yaqublu, Vüqar Mustafayev və Namiq Ələsgərovu icarəyə verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu