`Çelsi` Ramiresi satdı -28 milyona


İngiltərənin "Çelsi" klubu futbolçusu Ramiresi Çinin "Çzyansu Saynti" klubuna satıb.


AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Britaniya mətbuatı bu transfer üçün Çin klubunun "Çelsi"yə təxminən 28 milyon avro ödəyəcəyini yazıb.


Qeyd edək ki, Ramires 2010-ci ildə "Benfika"dan 22 milyon funt sterlinqə "Çelsi"yə transfer olunmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu