Yay Olimpiya Oyunlarının büdcəsi açıqlandı


2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının büdcəsi 9,75 milyard dollar təşikl edəcək.


"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Braziliya Milli Olimpiya Komitəsi açıqlama yayıb.
2012-ci il London olimpiadasına 16,3 milyard dollar, 2014-cü ildə Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatına isə 6,8 milyard dollar xərclənib.
Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. Bu, Cənubi Amerika materikində təşkil olunmuş ilk olimpiada kimi tarixə düşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu