Şahin Diniyev: "Hesab belə böyük olmamalı idi"


Şahin Diniyev: “Xəstə olmağıma baxmayaraq, bu gün komandanın yanında olmağı özümə borc bildim. Mən olmasam da, köməkçilərim komandanı oyuna yaxşı hazırlamışdılar”.

Bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 19-cu turunda “Qəbələ”yə qalib gəldikləri oyundan (3:0) sonra deyib.

Ş.Diniyev böyükhesablı qələbəni belə şərh edib: "Yevlaxda qış fasiləsində yaxşı hazırlıq keçmişdik. Bu gün də onun bəhrəsini gördük. Komandam bu gün yaxşı oynadı. Layiqli qələbə qazandıq. Lakin hesab arasında fərq belə böyük olmamalı idi".

(Futbolxeber.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu