İbrahimoviç qəza keçirən polisə forma hədiyyə etdi
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, matçdan sonra Paris təmsilçisinin avtobusunu müşayiət edən polis qəza keçirib.
Motosikleti idarə edən polis nəfəri qarşıdan gələn avtomobillə toqquşub. Yaxınlıqdakı xəstəxanaya çatdırılan polisin vəziyyəti ağırdır. Onun yaxn günlərdə ürəyindən ağır əməliyyat olunacağı gözlənilir.
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç İsveç millisindəki formasını qəza keçirən polisə hədiyyə edib və ona tezliklə sağalaraq ayağa qalxmasını arzulayıb.
Qeyd edək ki, "Sent-Etyen" - PSJ oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.