Türk müdafiəçi "Bavariya"da


"Bavariya" heyətinə yeni futbolçu cəlb edib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Spartak"ın müdafiəçisi Sərdar Taşçı bu mövsümün sonuna kimi icarə əsasında Münhen təmsilçisində çıxış edəcək.

28 yaşlı türkəsilli alman müdafiəçi yeni klubunda 4 nömrəli forma ilə çıxış edəcək.

Almaniya mətbuatı bu transfer üçün "Bavariya"nın "Spartak"a 2.5 milyon avro ödədiyini yazıb. Klub mövsümün sonu 10 milyon avro ilə oyunçunu birdəfəlik ala bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu