İlkay Gündoğan "Borussiya"dan gedir


"Borussiya"nın yarımmüdafiəçisi İlkay Gündoğan komandadan ayrılmaq qərarına gəlib.

Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, türk əsilli alman futbolçu Dortmund təmsilçisi ilə müqaviləsini yeniləmək istəməyib.

25 yaşlı futbolçunun "Borussiya" ilə müqaviləsi 2017-ci ildə başa çatacaq. Almaniya klubu gələn il azad agent statusu alacaq futbolçunu artıq mövsümün sonunda satmağı planlaşdırır. Onunla "Real" (Madrid), "Yuventus" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.

Qeyd edək ki, cari mövsüm Bundesliqada 20 oyun keçirən İ.Gündoğan 1 qol vurub və 2 məhsuldar ötürmə verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu