"Mançester Yunayted"də Runi müəmması


"Mançester Yunayted"in hücumçusu Ueyn Runi Avropa Liqasının 1/16 final mərhələsində "Midttyuland"la görüşdə iştirak etməyəcək.

Qol.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, ingilis futbolçu bu görüş üçün Danimarkaya yollanan heyətdə yer almayıb.

Runinin səfər matçına aparılmamasının səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, sabah keçiriləcək "Midttyuland" - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu