Avropa Liqasında 1/16 final mərhələsinin daha 15 oyunu keçiriləcək


Bu gün futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçiriləcək.


"Report"un məlumatına görə, gecədə 15 görüş baş tutacaq.
"Qəbələ" klubunun qrup mərhələsindəki rəqibi Rusiya "Krasnodar"ı səfərdə Çexiya "Sparta"sı ilə qarşılaşacaq. Eyni qrupda mübarizə aparan Almaniyanın "Borussiya" (Dortmund) komandası isə Portuqaliyanın "Portu" klubunu qonaq edəcək.
"Qarabağ"ın çıxış etdiyi qrupdan növbəti mərhələyə yüksələn İngiltərə "Tottenhem"i İtaliyada "Fiorentina" ilə qarşılaşacaq. Həmin qrupda çıxış etmiş "Anderlext" Belçikada Yunanıstan "Olimpiakos"unu sınağa çəkəcək.
Türkiyənin "Qalatasaray" klubu isə İtaliya "Latsio"su ilə münasibətlərinə aydınlıq gətirəcək.
1/16 final mərhələsinin ilk oyununda Türkiyə "Fənərbağça"sı Rusiyanın "Lokomotiv" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa Liqası
1/16 final, ilk oyunlar
22:00. "Borussiya" (Almaniya) - "Portu" (Portuqaliya)
Dortmund. "Siqnal İduna Park"
22:00. "Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)
Florensiya. "Artemio Franki" stadionu
22:00. "Vilyarreal" (İspaniya) - "Napoli" (İtaliya)
Vilyarreal. "El Madriqal" stadionu
22:00. "Mityulland" (Danimarka) - "Mançester Yunayted" (İngiltərə)
Herninq. "Herninq" stadionu
22:00. "Sevilya" (İspaniya) - "Mölde" (Norveç)
Sevilya. "Ramon Sançes Pisxuan"
22:00. "Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)
Brüssel. "Konstant Vandenstok" stadionu
22:00. "Sent Etyen" (Fransa) - "Bazel" (İsveçrə)
Sent Etyen. "Jeffrua Gişar" stadionu
00:05. "Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya)
İstanbul. "Ali Sami Yen" stadionu
00:05. "Ausburq" (Almaniya) - "Liverpul" (İngiltərə)
Auqsburq. "SLG-Аrеnа"
00:05. "Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)
Marsel. "Velodrom" stadionu
00:05. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Şalke" (Almaniya)
Lvov. "Lvov Arena"
00:05. "Syon" (İsveçrə) - "Braqa" (Portuqaliya)
Syon. "Turbion" stadionu
00:05. "Sparta" (Çexiya) - “Krasnodar” (Rusiya)
Praqa. "Letna" stadionu
00:05. "Sportinq" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
Lissabon. "Joze Alvarade" stadionu
00:05. "Valensiya" (İspaniya) - "Rapid" (Vyana, Avstriya)
Valensiya. "Mestalya" stadionu
Qeyd edək ki, cavab görüşləri 24-25 fevralda keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu