“Qalatasaray” terrora görə UEFA-ya müraciət etdi


Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsində İtaliyanın “Latsio” klubu ilə qarşılaşacaq “Qalatasaray” qitə futbol qurumuna müraciət edib.


“Qafqazinfo” xəbər verir ki, İstanbul klubu dünən Ankarada baş verən terror səbəbiylə meydana qara sarğıda çıxmaq fikrindədir.

UEFA hələ ki, klubun bu müraciətinə cavab verməyib. Əgər müsbət cavab alınmasa “Qalatasaray” meydana qara forma ilə çıxacaq.

Xatırladaq ki, dünən Türkiyənin paytaxtı Ankarada törədiilən qanlı terror hadisəsi nəticəsində 26 nəfər həlak olub, 30-dan çox vətəndaş isə xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu