​AFFA-nın baş katibi Məşqçilər Komitəsi və milli komanda ilə görüşüb


AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov, Vaqif Sadıqov və AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləriylə görüşüb, komandaya müvafiq tövsiyələrini veriblər.


"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sonra baş katib Məşqçilər Komitəsinin üzvləri ilə görüş keçirib.
Görüşdə U-17-nin hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında mübarizə aparacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu