​Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.


"Report"un məlumatına görə, Sumqayıtın eyniadlı komandası doğma meydanda AZAL-la qarşılaşıb.
Oyuna daha aktiv başlayan meydan sahibləri matçın 32-ci dəqiqəsində istəyinə çatıb. Murad Ağayev topu Stanislav Namaşkonun qoruduğu qapıdan keçirib. Cəmi 3 dəqiqə sonra Ağabala Ramazanov "təyyarəçilər"i ikinci dəfə məyus edib - 2:0.
Görüş bu hesabla da başa çatıb.
"Sumqayıt" qələbə sayəsində turnir cədvəlindəki ən yaxın qonşusu olan AZAL-la xal fərqini 4-ə endirib. AZAL 25 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi isə 21 xalla 8-ci pillədədir.
Qeyd edək ki, turun açılış oyununda "İnter" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu