“Rəqibləri güclərinə görə bölmürəm” - Qay


"Qəbələ"nin kapitanı Aleksey Qay "Rəvan" - "Qəbələ" (0:1) matçından sonra jurnalistlərin suallarını cavablandırıb.


“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Çətin qələbə qazandınız...

- Qələbə qazanmaq asan deyil. Bir çox səbəblər var.. Əsas məsələ ondadır ki, rəqibimizi məğlub etdik. Əsas da, budur.

- Rəqib hakimdən iki dəfə penalti tələb etdi. Həmin epizodları gördünüzmü?

- Epizodlardan biri yadımdadır. Ancaq həmin vəziyyətdə qayda pozuntusu yox idi.

- Son üç oyunda qalib gəlsəniz də, məhsuldarlığınız zəifdir. Səbəb nədir?

- Futbolda ən gözəl nəticə qazanmağındır. Qalib gəlmişiksə, bundan razı qalmalıyıq. Düzdür, daha çox qol vurmaq istəyirik. Yəqin ki, növbəti oyunlarda qollarımız daha çox olar.

- Autsayderlər üzərində çox çətinlik çəkirsiniz...

- Mən rəqiblərimizi güclərinə görə bölmürəm. Hər oyunda istədiyimiz qədər topla oynamaq istəyirik. Bəzən alınsa da, elə oyun olur ki, alınmır.

- Ardıcıl 2-ci oyundur kapitanlıq sarğısını daşıyırsınız. Özünüzü necə hiss edirsiniz?

- Yaxşı.

- Turnir cədvəlindəki mövqeniz sizi qane edir?

- Bütün oyunlarda qalib gəlmək lazımdır. İndidən nəsə demək çətindir. Çempionatın sonunda baxarıq ki, hansı pillədəyik.

- Ötən il də qış fasiləsindən sonra pis başlamışdınız. Amma sonradan uzun qələbə seriyası əldə etdiniz.Sizcə, həmin seriya təkrarlanır?

- Burada ssenari qurmaq asan deyil. Əgər hər şey uğurlu alınsa, məğlub olduğumuz oyunlar yada düşməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu