​17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Macarıstana yenə uduzub


Bu gün 17 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib.


"Report"un məlumatına görə, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda macarıstanlı həmyaşıdları ilə qarşılaşıb.
Bayıl stadionunda baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar 2 gün öncə də üz-üzə gəliblər. Həmin oyunda Macarıstanın U-17 komandası 3:0 hesabı ilə qalib gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu