Rusiya-Azərbaycan oyununun başlama vaxtı açıqlanıb


21 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Azərbaycan komandaları arasında keçiriləcək görüşün başlama vaxtı açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Oyun Rostov şəhərindəki Olimp-2 stadionunda keçiriləcək.
Qeyd edək ki, Yaşar Vahabzadənin rəhbrəlik etdiyi komanda 7 oyundan sonra 6 xalla qrup 4-cüsüdür. U-21 yığması ilə yanaşı 7-ci qrupda Almaniya, Avstriya, Finlandiya, Rusiya və Farer adaları mübarizə aparır. Qrupda iki dəfə qələbə qazanan yığma komanda 5 dəfə məğlubiyyətlə üzləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu