Azərbaycan millisi Ukraynaya məğlub olub


Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukraynadan olan həmyaşıdları ilə yoldaşlıq görüşü keçirib.


"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutmuş qarşılaşma Təbriz Həsənovun yetirmələrinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Ukrayna yığmasının heyətində Oleksiy Kaşşuk 56 və 77-ci dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.
Komandalar martın 3-də Bakı Olimpiya Stadionunda təkrar qarşılaşacaqlar. Oyun saat 16:00-da başlayacaq.
Qeyd edək ki, daha öncə Təbriz Həsənovun rəhbərlik etdiyi komanda Rusiya ilə 2 dəfə üz-üzə gəlib. Bunlardan birində 1:5 hesabı ilə məğlub olan yığma digərində qələbə qazanıb - 1:0.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu