“Beşiktaş”dan “Fənərbaxça”ya sərt ismarış - “Üzr istəməlisiniz”


“Beşiktaş” klubu öz rəsmi saytı vasitəsilə sərt bəyanat yayıb.


“Qafqazinfo” xəbər verir ki, “qara qartallar” “Fənərbaxça”nın onlardan üzr istəməli olduğunu bildirib.

Buna səbəb isə dünən iki klub arasında oynanılan görüşdə “Fənərbaxça” azarkeşlərinin “Beşiktaş”ın mərhum prezidenti Süleyman Səbaya söyüş söyməsi göstərilib.

Klub saytında həmçinin qeyd olunub ki, “sarı lacivərtlilər” bunu etməyəcəyi halda onlardan Peşəkar Futbol İntizam Komitəsinə şikayət ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu