Dünya çempionu Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiri olub


Fernando Alonso Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiri olub.


"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.
O, daha geniş açıqlamanın yaxın saatlarda veriləcəyini deyib. N.Arpadarai F.Alonsonun Avropa Qran Prisində dördüncü səfir olacağını əlavə edib.
34 yaşlı ispaniyalı pilot iki dəfə dünya çempionluğunu yaşayıb.
Qeyd edək ki, digər səfirlər Rəhim Əliyev, Gülhüseyn Abdullayev və Tünzalə Ağayevadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu