​Mişel Platini FİFA-nı məhkəməyə verib


UEFA prezidenti Mişel Platini FİFA Etika Komitəsinin qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib.


"Report"un CAS-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, M.Platini FİFA-nın onu 6 il futboldan uzaqlaşdırmasından narazılığını bildirib.
Qeyd edək ki, FİFA-nın keçmiş prezidenti Yozaf Blatter və UEFA prezidenti Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir. Bu səbəbdən hər iki şəxs əvvəlcə 8 il, daha sonra 6 il futboldan uzaqlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu