Avropa kuboklarının finalında texnika köməyə gələcək


Bu mövsüm futbol üzrə Avropa kuboklarının final matçlarında qolun müəyyənləşdirilmə sistemindən istifadə olunacaq.

AFN.az "Report"a istinadən xəbər verir ki, belə bir qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında çıxarılıb.

Yeni sistem həm Çempionlar Liqası, həm də Avropa Liqasının həlledici qarşılaşmalarına şamil ediləcək.

Qeyd edək ki, final oyunları müvafiq olaraq, İtaliyanın Milan və İsveçrənin Bazel şəhərlərində keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu