UEFA-ya yeni baş katib seçildi


Avropa futbol qurumunun sabiq baş katibi Canni İnfantino FİFA-nın yeni prezidenti seçildiyi üçün qurumun baş katibi vəzifəsinə yeni seçkilər keçirilib.

AzVision.az xarici KİV-ə istinadla xəbər verir ki, martın 4-də UEFA-nın İcraiyyə Komitəsi tərəfindən qurumun yeni baş katibi seçilib.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Teodor Teodoridis yeni baş katib təyin olunub.

2008-ci ildən UEFA-da fəaliyyət göstərən T.Teodoridis yeni vəzifəyə seçilənədək baş katibin müavini kimi işləyib.

Qeyd edək ki, UEFA-nın növbəti konqresi isə mayın 3-ə nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu