"Neftçi" klubu yeni antirekorda imza atıb


“Neftçi” klubunun futbol üzrə Azərbaycan Premyer Liqasındakı məğlubiyyət seriyası 3-ə çatıb.


"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran” üzərində 1:0 hesablı qələbədən sonra çempionatda keçirdiyi hər 3 oyunda uduzan “ağ-qaralar” Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayıb.
XXII turda “Qarabağ”a 0:2, ardınca “Zirə”yə 0:3 hesabı ilə yenilən bakılılar bu dəfə də “Qəbələ”dən xal ala bilməyib – 1:2. Baş məşqçi Əsgər Abdullayevin istefası ilə nəticələnən 3 oyunluq məğlubiyyət seriyası 1992-ci ildən sonrakı dövrdə “Neftçi”nin üzləşdiyi 4-cü uğursuz dövrdür. Cari mövsümün VII - IX turlarında da ardıcıl 3 oyun yenilən bakılılar “Zirə” (0:2), “Qəbələ” (0:1) və AZAL-dan (1:2) xal ala bilməmişdi.
“Neftçi”nin ilk belə uğursuzluğu 2009/2010 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt paytaxt klubu “Simurq”, “Qarabağ” və “Qəbələ”nin hər üçünə eyni – 0:1 hesabı ilə yenilmişdi. 2011/2012 mövsümünün sonunda “Bakı”dan 2, “Qəbələ”dən 1 cavabsız qol buraxan “Neftçi” məğlubiyyət seriyasını 2012/2013 mövsümünün startında “Qarabağ”a 0:1 hesabı ilə uduzmaqla davam etdirib.
Qeyd edək ki, 4 məğlubiyyət seriyası zamanı top fərqləri baxımından ən uğursuz zolaq indiyə təsadüf edib. 2009-cu ildə ardıcıl 3 məğlubiyyət ümumi 0:3, 2012-ci ildə 0:4, 2015-ci ildə 1:5 hesablı olmuşdusa, bu dəfə komanda uduzduğu 3 görüşdə 1 qol vurub, 7-ni buraxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu