"Milan" klubunun baş məşqçisi cəzalandırılıb


İtaliyanın "Milan" futbol komandasının baş məşqçisi Sinişa Mixayloviç cəzalandırılıb.


"Report"un "Football İtalia"ya istinadən verdiyi məlumata görə, serbiyalı mütəxəssis A Seriyasında növbəti turu buraxmalı olacaq.
Səbəb "Sassuolo"ya 0:2 hesabı ilə uduzduqları qarşılaşmada Mixayloviçin hakimlərin ünvanına xoşagəlməz ifadələr səsləndirməsi olub.
Qeyd edək ki, "Milan" XXIX turda "Kyevo" ilə üz-üzə gələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu