Tuyqun Nadirov namizədliyini geri götürür


“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyi geri götürüləcək.


“Qafqazinfo” xəbər verir ki, bu barədə report.az-a Nadirovun özü açıqlama verib. O bildirib ki, kluba qarşı hakim haqsızlıqlarından sonra namizədlik məsələsində fikri dəyişib. O, məsələ ilə bağlı ayrıca açıqlamanın veriləcəyini vurğulayıb: "Namizədlik məsələsində fikrim dəyişib. Bununla bağlı ayrıca açıqlama verəcəyəm. Namizədliyi geri götürmək barədə düşünürük. Klub namizədliyimi irəli sürüb və çox güman ki, klub da qərar qəbul edib namizədliyimi geri götürəcək".

Qeyd edək ki, Tuyqun Nadirov AFFA İcraiyyə Komitəsində Peşəkar Futbol Liqasına ayrılmış 4 yerə namizədliyi irəli sürülən 5 nəfərdən biridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu