Qurban Qurbanov: Risk etmək istəmədim


“Çox güclü komanda ilə qarşılaşırdıq. Vacib 3 xal əldə etdik”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “Qəbələ”nin qonağı olan “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. Matçdan sonra “CBC-Sport” telekanalına açıqlama verən Qurbanov oyunla bağlı fikirlərini bölüşüb.

“Qəbələ” öz meydanında daha yaxşı oynayır, son dəqiqəyə kimi mübarizə aparır. Buna baxmayaraq, futbolçularımız özlərini göstərə bildilər. Əgər uğur əldə etmək istəyiriksə, hər oyunda qələbə qazanmaq lazımdı. Rəqibə uğurlar arzulayıram. “Qəbələ”nin son turlardakı nəticələri pis ola bilər. Amma bu komandanı uğura daşıya biləcək baş məşqçi çalışdırır”.

Qurban Qurbanov qeyd edib ki, “18-lik”də yer alan Reynaldonu oyuna buraxmaqla risk etmək istəməyib: “Matçın gedişində Reynaldoya şans vermək haqda düşündüm. Amma risk etmək istəmədim. İndidən çempion olacağımızı düşünmək düzgün deyil. Qarşıda 10 tur var və ikinci pillədə qərarlaşan “Zirə”dən 7 xal öndəyik. Odu ki, hər oyunu qələbə ilə başa vurmağa çalışmalıyıq”.

Apasport.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu