Ronaldu yeni rekorda imza atıb


“Real”ın hücumçusu, portuqaliyalı futbolçu Kriştianu Ronaldu qitə miqyaslı klub turnirlərində vurduğu qolların sayına görə yeni rekorda imza atıb.

APA-nın məlumatına görə, Ronaldu vurduğu qollarının sayını 77-ə çatdırıb və bu göstəriciyə görə “Real”ın sabiq hücumçusu Raul Qonzalesi və “Barselona”ın argentinalı forvardı Lionel Messini geridə qoyub.

Xatırladaq ki, Ronaldu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Şalke” ilə matçda dubl edib. “Real” “Şalke”yə 3:4 hesabı ilə uduzsa da, 1/4 finala vəsiqə qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu