Məşhurlar Formula 1 üçün Bakıya gəlir


İyunun 17-19-da Bakıda keçiriləcək Formula 1 Qran-Prisinin əyləncə proqramı açıqlanıb. Afn.az xəbər verir ki, bir çox məşhurlar bunun üçün Bakıya gələcəklər.


Kris Braun, Enrike İqlesias və Farel Vilyams paytaxtımız təşrif buyuracaqlar və 2016-cı il Formula 1 Avropa Qran-Prisinin konsert proqramında çıxış edəcəklər.

İyunun 17-si cümə günündən başlayaraq, dünya musiqisinin üç məşhur ulduzu Formula 1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcək.

Qeyd edək ki, konsertlərə giriş ödənişsizdir və bu proqramda ancaq Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu