Bakı Olimpiya Stadionu beynəlxalq mükafata layiq görülüb


Bakı Olimpiya Stadionu ən yaxşı idman qurğularından biri kimi beynəlxalq mükafatlar almaqda davam edir.


Afn.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionu dünyanın ən möhtəşəm idman qurğularından biri kimi, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yüksək standartlara uyğun şəkildə tikilən və dizayn edilən stadion ən müasir texnologiyalarla və infrastrukturla təchiz olunub.
Layihə bir sıra parametrlərinə görə artıq iki ildir nüfuzlu beynəlxalq müsabiqələrin qalibi seçilir. Ötən il inşaat sahəsində böyük nüfuza malik “Engineering News Record” (ENR) jurnalının “İlin ən yaxşı inşaat və dizayn layihələri” müsabiqəsində “İdman və əyləncə qurğuları” nominasiyasında qalib gələn Bakı Olimpiya Stadionunun nailiyyətləri sırasına yeniləri əlavə olunur.
Stadion bu ilin martında Amerika Mühəndislik Şirkətləri Şurası (ACEC) tərəfindən struktur üzrə ən yaxşı layihə elan edilib. Amerikada mühəndislik xidmətləri şirkətlərini bir araya gətirən bu nüfuzlu təşkilat hər il birləşdirdiyi şirkətlərin iri layihələri arasında müsabiqə keçirir. Bakı Olimpiya Stadionu bu layihədə struktur üzrə mühəndislik xidmətlərini yerinə yetirmiş Tornton Tomasetti şirkətinin müraciəti əsasında iştirak edib. Mükafatlar martın 19-da Nyu-Yorkda keçirilən təntənəli mərasimdə təqdim olunub. Mərasimdə Bakı Olimpiya Stadionunun layihəsi Tornton Tomasetti şirkəti tərəfindən təmsil edilib.
Aprelin 19-da isə Amerika üzrə keçirilən tədbirdə struktur üzrə özünəməxsus nailiyyət əldə etmiş layihə kimi Bakı Olimpiya Stadionunun təqdimatı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu