Peres yığmamızla birgə Kolumbiyada olacaq


Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov və yığmamızın sabiq baş məşqçisi Tino Peresin iştirakı ilə görüş keçirilib.


Qaynarinfo.az xəbər verir ki, görüşdə yığmamızın son oyunlarda əldə etdiyi uğurlardan danışılıb.

E.Məmmədov AFFA rəhbərliyi adından Tino Peresə gördüyü işlərə və milli komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Baş katib ispaniyalı mütəxəssisi bu il sentyabrın 10-dan oktyabrın 2-dək Kolumbiyada təşkil olunacaq dünya çempionatının final mərhələsinə qonaq qismində dəvət edib.

Qeyd edək ki, AFFA Tino Peresin futzal millimizdən ayrılma səbəbi kimi ailədaxili məsələni göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu