“Qarabağ” və “Neftçi” finalda

Yarımfinalın ikinci görüşündə “İnter” komandasına 1:0 hesabı ilə qalib gələn “Qarabağ” həlledici mərhələyə yüksəlib. Oyunda yeganə qolu matçın 23-cü dəqiqəsində Migel Madera vurub.
Beləliklə, ağdamlılar finalda “Qəbələ”ni mübarizədən kənarlaşdıran “Neftçi” ilə üz-üzə gələcəklər. Final görüşü mayın 25-də oynanılacaq.
Xatırladaq ki, “Qarabağ” komandası Premyer Liqada çempionluğunu artıq elan edib.
Diqqətinizi çəkə biləcək digər xəbərlər