​Avropa Liqasında finalçılar bu gün müəyyənləşəcək


Bu gün futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşəcək.

"Report"un məlumatına görə, finala vəsiqə uğrunda iki İspaniya, İngiltərə və Ukrayna klubu mübarizə aparır.
İngiltərənin "Liverpul" klubu doğma azarkeşlər önündə "Vilyarreal"ı qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan İspaniya təmsilçisi görüşə üstün tərəf olaraq çıxacaq. "Liverpul" adını finala yazdırmaq üçün ən azı qapısını toxunulmaz saxlamaq şərtilə rəqibi 2 dəfə məyus etməlidir. "Vilyarreal" isə istənilən hesablı bərabərlik nəticəsində belə finala yüksələcək. Maçtın baş hakimi macarıstanlı Viktor Kaşşai olacaq.
Digər oyunda isə "Sevilya" İspaniyada Ukrayna "Şaxtyor"unu qəbul edəcək. Meydan sahiblərinə finalda iştirak etmək üçün qolsuz və minimal hesablı heç-heçə də kifayət edir. Ukrayna təmsilçisi isə mütləq səfərdə qələbə qazanmalıdır. Komanda ən azı 3:3 hesablı bərabərlik nəticəsində sevinə bilər.
Avropa Liqası, yarımfinal mərhələsi, cavab oyunları
23:05. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
Liverpul."Enfild" stadionu
İlk oyun: 0:1
23:05. "Sevilya" (İspaniya) - "Şaxtyor" (Ukrayna)
Baş hakim: Born Keypers (Hollandiya)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun: 2:2
Qeyd edək ki, final görüşü mayın 18-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu