Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion müəyyənləşib


Futbol üzrə Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion müəyyənləşib.

"Report"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mayın 25-də baş tutacaq oyunda "Qarabağ"la "Neftçi" komandaları üz-üzə gələcək. Nominal meydan sahibinin “Qarabağ” olacağı final görüşünün başlama vaxtı ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, Respublika stadionu Gənclər və İdman Nazirliyinin balansında olsa da, "Qarabağ" tərəfindən icarəyə götürülüb. Bu yaxınlarda arenanın ot örtüyündə əsaslı təmir işləri aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu