Sərxoş hakimlər cəzalandı


Çexiya çempionatında keçirilən "Prşibram" - "Slaviya" oyunu qalmaqalla yadda qalıb.


Qol.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, matçın hakimlərindən ikisi oyun zamanı qeyri-adi davranışları ilə diqqət çəkib.
Köməkçi referi İrji Yex və dördüncü hakim Marek Pilninin sərxoş vəziyyətdə oyunu idarə etdikləri məlum olub. Görüşün gedişində müvazinətini saxlaya bilməyən Marek Pilni yerə yıxılıb.

Çexiya Futbol Federasiyası hər iki referini qeyri-müəyyən müddətə idarəçilikdən kənarlaşdırıb. Onların ömürlük hakimlikdən uzaqlaşdırılacağı da istisna olunmur.
Qeyd edək ki, oyun "Slaviya"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu