Azərbaycanlı və erməni idmançılar arasında dava-VİDEO


Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava düşüb.

Azərbaycan yığmasının baş məşqçisi, dəfələrlə dünya və avropa Çempionu olan Ramil Allahverdiyev hadisə ilə bağlı azvision.az-a danışıb.

İdmançımız bildirib ki, davaya səbəb ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıraraq təxriba əl atmasıdır.

Dünya çempionu “DQR”ın bayrağını ermənilərin əlindən alaraq cırdığını bildirib: “Yarışda Azərbaycanı 5 idmançı təmsil edirdi. Ermənilər qondarma “Qarabağın Respublikası”nın bayrağını meydanda qaldırmaq istədilər. Bu, bizə qarşı təxribatdır. Nəticədə dava düşdü, erməniləri yaxşıca döydük. Onların bayraqlarını əllərindən alıb cırdıq. Yarımda bizim idmançımız erməni rəqibini udmuşdu. Onlar da bizi qıcıqlandırmaq üçün bu addımı atdılar. Biz də cəzalarını verdik. Şükür Allaha bizdən heç kim döyülməyib, xəsarət də almamışıq. Ermənilərin qabırğaları, ayaqları sınıb. Onlar arasında kəllə-beyin travması alanlar var. Ermənilər bizi Ukrayna polisinə şikayət ediblər”.
Azərbaycanın Gənclər və İdman Nazirliyi Ukraynada Kunq Fu və Uşu üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında baş verən kütləvi davaya münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, davaya Ermənistan komandasının təxribatı səbəb olub.
“Ukraynada Kunq-Fu idman növü üzrə Avropa çempionatında azərbaycanlı idmançı Orxan Mehdiyev erməni idmançısına qalib gəlib. Bu məğlubiyyəti isə erməni idmançı həzm edə bilməyib. Ona görə də erməni komandası qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıb. Bu isə Azərbaycan komandasının etirazına səbəb olub və komandalar arasında konfilikt yaşanıb. Bu insidentdə bizim idmançılar qaldırılan bayrağı cırıb, yerə atıblar.
Bizim nümayəndə heyətinin anındaca ermənilərin təxribatına cavab verməsi və bayrağı cırması təşkilatçılara da bir etirazdır ki, bir daha belə hallara şərait yaratmasınlar”-deyə nazirlik rəsmisi qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu