Avqust ayının ən yaxşı futbolçusu bəlli oldu


Avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Julius Vobay ötən ayın ən güclü futbolçusu seçilib.

“Neftçi”nin yarımmüdafiəçisi respondentlərin 59 faizlik səs çoxluğunu (639 səs) qazanıb.

Vobayın ən yaxın izləyicisi də “Neftçi”nin yarımmüdafiəçisidi. Belə ki, Cavid İmamverdiyev səslərin 18 faizini toplaya (193 səs) bilib.

Üçüncü yeri isə “Neftçi”nin digər orta sahə oyunçusu Rəşad Sadiqov tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 7 faiz (75) səs toplayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu