Çempionlar Liqasında İspaniyanı yenə 5 klub təmsil edəcək


Futbol üzrə Çempionlar Liqasının 2016-2017 mövsümündə də İspaniya 5 klubla təmsil olunacaq.


"Report"un məlumatına görə, bu, "Sevilya"nın yenidən Avropa Liqasını qazanması sayəsində mümkün olub.
Əndəlüslər bu dəfə İngiltərə "Liverpul"unu məğlub ediblər - 3:1. "Sevilya" gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə başlayacaq. "Barselona", "Real Madrid" və "Atletiko" da Primerada ilk 3 yeri tutduqları üçün bu hüquqa yiyələniblər. Yalnız 4-cü yerin sahibi "Vilyarreal" "pley-off" mərhələsindən mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Avropa Liqasının qalibi 2014-2015 mövsümündən Çempionlar Liqasının ən azı "pley-off" mərhələsinə vəsiqə qazanır. Çempionlar Liqasının gələcək qalibi - "Real Madrid" və ya "Atletiko" öz çempionatlarından birbaşa vəsiqəyə yiyələndiklərindən, "Sevilya" da qrup mərhələsinə yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu