​Milli komandanın qapıçısı "İnter"dən ayrılıb


Bakının "İnter" klubu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.


Bu barədə "Report"a klubdan məlumat verilib.
Bildirilib ki, klub K.Ağayevlə yanaşı komandanın digər qapıçısı Elşən Poladovun da xidmətində maraqlı olmayıb. Bununla da hazırda "bankirlər"in heyətində yalnız gürcüstanlı qapıçı Georgi Lomaya qalıb.
Klub yeni qapıçı axtarışlarını dəvət etdirir və milli komandanın digər qapıçısı Səlahət Ağayevlə danışıqlar aparır. Hazırda milli komanda ilə birgə Avstriyada təlim-məşq toplanışında olan S.Ağayev Bakıya qayıtdıqdan sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, bundan əvvəl "İnter" hücumçu Vüqar Nadirov və müdafiəçi Laşa Salukvadze ilə yollarını ayırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu