FIFA-dan Türkiyənin oyunu ilə bağlı gözlənilməz qərar


FIFA ötən il baş tutan Türkiyə - Yunanıstan oyunu ilə bağlı şok qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, ali futbol qurumu Yunanıstan millisinə 0:3 hesablı texniki məğlubiyyət verib.

Buna səbəb Yunanıstan millisinin FIFA qaydalarını pozması olub. Başakşəhərdə oynayan və 0:0 hesabı ilə başa çatan matçda Yunanıstanın heyətində meydana çıxan Apostolos Ciannunun əvvəllər rəsmi bir turnirdə Avstraliyanın U-21 yığmasının formasını geyindiyi məlum olub.

Sonradan Yunanıstan Futbol Federasiyası onu əsas milliyə cəlb etsə də, futbolçunun yığmanı dəyişmək istəyi ilə bağlı FIFA-ya məlumat verməyib.

Bu üzdən ali futbol qurumu Türkiyə - Yunanıstan matçının nəticəsini ləğv edərək, yunanlara 0:3 hesablı texniki məğlubiyyət verib. Yunanıstan Futbol Federasiyası eyni zamanda 4 min İsveçrə frankı cəriməyə məruz qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu