​"Zirə" klubu "Xəzər Lənkəran"ın kapitanını transfer edib


"Zirə" klubu heyətinə yeni futbolçu cəlb edib.


"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı "Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilovla müqavilə imzalayıb.
30 yaşlı müdafiəçi ilə bir illik anlaşma əldə olunub.
Qeyd edək ki, Tural Cəlilov peşəkar karyerasına "Ədliyyə"də başlayıb. "Gənclərbirliyi", "Simurq" və "Rəvan"da da çıxış etmiş futbolçu bir ara Azərbaycan yığmasının formasını geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu