“Formula 1”- in rəsmi yayım təmsilçisinin adı açıqlandı


Bu gün “Formula 1” Bakı Qran Prisində iştirak edəcək media nümayəndələrinin akkreditasiyası ilə bağlı Hilton oteldə görüş keçirilib.


Modern.az-ın xəbərinə görə, " Formula 1" yarışlarının yayım hüququ ilkin olaraq 7 televiziya və 3 radio keçib. İdman Azərbaycan televiziyası "Formula 1" Bakı Qran Prisinin rəsmi yayım təmsilçisi seçilib.
Görüşdə bildirilib ki, "Formula 1" media mərkəzi Hilton otelin ikinci mərtəbəsində olacaq.
Yarışın tibb mərkəzi Bakı Dəniz Vağzalının ətrafında yerləşəcək. "Formula 1" yarışlarının "Start" "Finiş" nöqtələri Hökumət Evinin qarşısında olacaq.
Qeyd edək ki, "Formula 1" yarışları iyun ayının 17-19-dək davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu