Boks üzrə Dünya Təsnifat Turnirinin iştirakçıları Atletlər Kəndində qalacaqlar


2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Dünya Təsnifat Turnirində iştirak üçün 105 ölkənin 460 idmançısı Bakıya gələcəyini təsdiqləyib.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının icraçı direktoru Nağı Səfərov məlumat verib.
Onun sözlərinə görə, 10 gün davam edəcək yarışa üst-üstə 900-dək qonağın qatılacağı gözlənilir. Onların arasında Ermənistan təmsilçiləri olmayacaq. N.Səfərov bütün qonaqların Atletlər Kəndində yerləşdiriləcəyini bildirib. Federasiya rəsmisi fəxri qonaq qismində Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vunun da Bakıya gələcəyini söyləyib.
Azərbaycanı 3 boksçu - Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) təmsil edəcək. Qalan 7 çəki dərəcəsində isə artıq lisenziyalar əldə olunub.
Qeyd edək ki, Dünya Təsnifat Turnirinin Qəbələdə keçirilmə variantı da müzakirə olunurdu. Səbəb kimi həmin ərəfədə Bakıda Formula 1 üzrə Avropa Qran Prisinin təşkili ilə əlaqədar qonaqların yerləşdirilməsi baxımından problemlərin olacağı göstərilirdi. Amma yekunda boks turniri iştirakçılarının otellərdə deyil, Atletlər Kəndində yerləşdirilmələri qərara alınıb. Beləliklə, Atletlər Kəndi "Bakı-2015" I Avropa Oyunlarından bir il sonra yenidən idmançıların ixtiyarına verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu