​"Neftçi"nin sabiq futbolçusu "Levski"yə qayıdıb


Bakının "Neftçi" futbol klubu ilə yollarını ayıran Antonio Salas Quinta Anyete Bolqarıstan "Levski"si ilə anlaşıb.


"Report"un "Meridian Matç"a istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçu sabah Sofiya təmsilçisinin düşərgəsinə qoşulacaq və rəsmi müqaviləyə imza atacaq.
Beləliklə, o, keçmiş komandasına qayıdacaq. Anyete 2015-ci ildə "Neftçi"yə məhz "Levski"dən transfer olunub. Futbolçunun Bakı klubu ilə müqavilə müddəti başa çatdığından, Bolqarıstana azad agent kimi yollanıb.
Qeyd edək ki, Anyete ötən yay transfer olunduğu "Neftçi"də mövsüm ərzində 20 oyuna 3 qol vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu