Türkiyə mətbuatı “Kəpəz”i Ermənistan komandası kimi təqdim etdi


Türkiyə mətbuatı kobud səhvə yol verib.

APA-nın məlumatına görə, qonşu ölkənin bəzi idman portalları “Kəpəz”i Ermənistan klubu kimi təqdim edib.

Onlar arasında "Hürriyet" və “Lig TV” kimi tanınmış saytlar da var. Avropa Liqasında II təsnifat mərhələsinin cütlüklərinin yayımlandığı xəbərdə “Kəpəz”in qarşısında Ermənistan sözü yazılıb.

Qeyd edək ki, Azərbaycanın tarixi klublarından olan Gəncə təmsilçisi Avroliqanın I mərhələsində Moldova “Daçiya”sını səfərdə vurduğu 1 qol (0:0, 1:0) sayəsində məğlub edərək, növbəti mərhələdə "Admira"ya (Avstriya) rəqib olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu