Daha bir idmançımız dopinqə düşdü


Azərbaycanın daha bir ağırlıqqaldıranı dopinq testindən keçə bilməyib.

Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb.

Onların içərəsində Azərbaycanın ağırlıqqaldıranı Sərdar Həsənovun da adı var. İmdançıdan götürülən analizlərin nəticəsi müsbət olub, deqidroxlorometiltestosteron aşkarlanıb.

Nəticədə onun bütün yarışlardan diskvalifikasiya edildiyi bildirilir. Dopinqdən istifadə təsdiqlənərsə, onun dəqiq cəzaları açıqlanacaq. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu