Avropada mövsümün futbolçusu adına namizədlər müəyyənləşib


Qalibin adı avqustun 25-də açıqlanacaq

2015-2016 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlərin qısa siyahısı müəyyənləşib. "Report"un məlumatına görə, UEFA 37 oyunçu arasından 10-nu seçib.

Qaret Beyl ("Real Madrid" və Uels)
Canluici Buffon ("Yuventus" və İtaliya)
Antuan Qrizmann ("Atletiko" və Fransa)
Toni Kroos ("Real Madrid" və Almaniya)
Lionel Messi ("Barselona" və Argentina)
Tomas Müller ("Bavariya" və Almaniya)
Manuel Nöyer ("Bavariya" və Almaniya)
Pepe ("Real Madrid" və Portuqaliya)
Kriştianu Ronaldu ("Real Madrid" və Portuqaliya)
Luis Suares ("Barselona" və Uruqvay)
Qeyd edək ki, qalibin adı avqustun 25-də açıqlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu