Prezidentdən idmançılara pul mükafatı- 1-ci yer 400 min


Azərbaycan prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

AFN.az xəbər verir ki, sərəncamla XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu