Gülәşçimiz ermәni ilә qarşılaşacaq


İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.

İlk yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşir.

42 kq

1/16 final - Maqomedsalix Abakarov - Marat Kibak (BLR) (B)
1/8 final - Mahir Məmmədzadə - Arakel Movsesyan (ARM) (A)

50 kq

1/16 final - İntiqam Vəlizadə - Tamaz Şavadze (GEO) (A)
1/8 final - Vrez Qriqorian (GRE) - Vüsal Hüseynov (A)

58 kq

1/16 final - İvan Badavrov (BUL) - Daur Psardia (A)
1/16 final - Tsotne Abalaki (GEO) - Murad Məmmədov (A)

69 kq

1/16 final - Erik Reinbok (EST) - Abubakr Abakarov (A)
1/16 final - Abdulmuslim Məmmədov - Yevgeni Filippov (MDA) (B)

85 kq

1/16 final - Artjoms Sumakovs (LTA) - Əhliman Quliyev (C)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 20:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu